Azərbaycan haqqında


Qədim dövrlərdən Azərbaycan haqqında məlumat antik müəlliflərin, səyyahların və tarixçilərin əsərlərində əks olunmuşdur. Herodot, Klavdi Ptolomey və bir çox başqaları Xəzər dənizinin qərb sahillərində və Cənubi Qafqazın şərq hissəsində yerləşmiş heyrətamiz yer haqqında yazırdılar. Qədim sivilizasiyanın beşiyi olmaqla, həmçinin, bir çox tayfa və xalqların geosiyasi, iqtisadi, mədəni maraqlarının kəsişdiyi yerdə yerləşərək Azərbaycan öz nəsillərinə zəngin mədəni irs qoymuşdur: 7500-dən çox təbii, arxeoloji, memarlıq, tarixi abidələr. Onların arasında Qobustandakı qayaüstü rəsmlər, Möminə-xatun və Qarabağlar türbələri, Şəki xan sarayı, Qız qalası, Xudafərin körpüsü, Abşerondakı qalalar; parlaq miniatürlərlə bəzənmiş orta əsr əlyazma kitabları, qədim xalçalar, ədəbiyyat, rəsm, heykəltəraşlıq əsərləri kimi şedevrlər vardır. Bu gün Azərbaycan – müstəqil dünyəvi dövlətdir, dinamik inkişaf edən iqtisadiyyatı, sosial və mədəni sferaları var. Burada hər il irimiqyaslı beynəlxalq layihələr həyata keçirilir, iqtisadi simpoziumlar, idman yarışları, musiqi forumları, kinofestivallar keçirilir.
 

Paytaxt

Azərbaycanın paytaxtı – 2 milyondan artıq əhalisi olan Bakı şəhəri Abşeron yarımadasının cənub-qərbində, Xəzər dənizinin sahilində yerləşir. Arxeoloqların fikrinə görə, Bakının tarixi iki min ildən az deyildir. Ən qədim dövrlərdən burada dəniz limanı olmuşdur, şəhər isə karvan yollarının kəsişməsində yerləşmişdir, həmçinin buradan Böyük İpək yolu keçmişdir. Şirvanşahların hakimiyyəti dövründə Bakı məşhur Şirvanın paytaxtı olmuşdur. XIX əsrdə o, Qafqazda ən iri şəhər, sənaye və mədəni mərkəz idi. 1991-ci ildən Bakı – müstəqil Azərbaycanın paytaxtıdır. Bu gün Azərbaycanın paytaxtında eyni zamanda bir neçə irimiqyaslı şəhərsalma layihəsi həyata keçirilir. Onların arasında
 

İqlim

 
Azərbaycan unikal təbii resurslara malikdir: burada yer kürəsindəki 11 iqlim qurşağından 9-na – subtropikdən yüksək alp çəmənliklərinə qədər rast gəlinir. İyul ayında orta temperatur yüksək dağ rayonlarında +5 C-dən düzənliklərdə +27 C-yə qədər, yanvarda uyğun olaraq, -10 С-dən +3 C-yə qədər olur. Bununla belə, maksimal yay temperaturu +45 С-yə çata bilər, qışda isə termometrin sütunu dağlıq rayonlarda gecələr -40 С-yə qədər enə bilər. İl ərzində yağıntının miqdarı Böyük Qafqazın dağətəklərində200 mm, Lənkəran ovalığında 1200-1700 mm-ə qədər olur. Ölkəyə gəlməyin ən yaxşı vaxtı apreldən oltyabra qədərdir.
 
Azərbaycan qonaqları qəbul edir
Hər il Azərbaycana milyonlarla turist gəlir. Lakin ən yaxın zamanda onların sayı iki dəfə artacaqdır, hətta yəqin ki, üç dəfə artacaqdır. Axı ölkənin nəhəng potensialı vardır. O, həm qədim tarixi, həm zəngin mədəni irsi, gözəl təbiəti və rəngarəng landşaftı, başı qarlı dağların zirvəsini və yaşıl düzənlikləri, flora və faunanın unikal dünyasını, ilıq dəniz və Xəzərin sonsuz qumlu çimərliklərini özündə biirləşdirir. Azərbaycan kurort istirahəti və müalicə üçün zəngin resurslara malikdir. Onun ərazisində 200-dən artıq mineral bulaq var, onlar öz keyfiyyətinə və tərkibinə görə beynəlxalq kurortların sularından heç nə ilə geri qalmır. Lakin bundan əlavə, burada naftalan – müalicəvi neft də var, o, möcüzəli təsirə malikdir, onun həqiqətən də hüdudsuz imkanlarını tibb işçiləri tədqiq etməkdə davam edirlər, naftalanın yeni-yeni xüsusiyyətlərini kəşf edirlər. Naftalan kurortu – dünyada yeganədir. Azərbaycana səyahət ov və balıq ovu həvəskarlarına, alpinistlərə, ekoloji turizmin həvəskarlarına unudulmaz təəssüratlar bəxş edəcəkdir, çünki məhz burada bir çox yerlər vardır ki, hələ insanın yaranmadığı, tarixin ən qədim dövrlərindən bu günədək toxunulmaz qalmışdır. Azərbaycan öz üzərinə regionun işgüzar, elmi və mədəni həyatının mərkəzi funksiyasını get-gedə daha çox götürür. Buna görə də son illərdə Azərbaycan Respublikası rəhbərliyi tərəfindən turizmin inkişafına böyük diqqət yetirilmişdir. Azərbaycanın şəhərlərində, kurort zonalarında, dağlarda və Xəzərin sahillərində beynəlxalq dərəcəli onlarla otel tikilmiş, ümumdünya şəbəkələri öz mehmanxanalarını açmış, akvaparklar və geniş istirahət zonaları açılmışdır. Ölkənin ərazisində ən müasir standartlar üzrə təchiz olunmuş altı beynəlxalq aeroport təyyarələri qəbul edir və göndərir, yeni avtobus marşrutları açılmışdır, Bakının şəhər kənarında böyük dəniz limanı tikilir. Hər il yeni konsert zalları, idman mərkəzləri, mağazalar, restoran və kafelər açılır, park və bağlar salınır, magistral və şose yollar çəkilir. Azərbaycanın zəngin tarixi və mədəni abidələrinin qorunması və bərpası üzrə böyük işlər görülür. Burada qonaqları rəngarəng təəssüratlar, əla istirahət və çox sayda yeni dostlar gözləyir, Azərbaycana gələn hər kəs burada mütləq çox sayda dostlar qazanacaqdır. Azərbaycana turlar – gözəl təbiəti görmək, bəşəriyyət tarixinə toxunmaq, qədim mədəniyyətlə və bu ölkənin müasir nailiyyətləri ilə tanış olmaq deməkdir.